Azərbaycanlı məşhur 15 minlik KLİPİNİ təqdim etdi - VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhur 15 minlik KLİPİNİ təqdim etdi - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva “Cümhuriyyət suitası” adlı yeni klipini təqdim edib.

Publika.az xəbər verir ki, tanınmış rəqqasə 15 min manata başa gələn layihəsini Cümhuriyyətin 100 illiyinə həsr etdiyini bildirib. F.Fətəliyeva etiraf edib ki, ayrlardır böyük səbirsizliklə klipin hazır olmasını gözləyib:

“Qobustanda, daşların üzərində oynamaq əziyyətli bir işdir. Həmin gün ayaqlarım yara içində idi. Çəkilişlər rejissor məni incitdi, aramızda mübahisə baş verdi. Tam istədiyimi ala bilmədim, lakin inanıram ki, gələn dəfəki layihəm daha möhtəşəm olacaq".

Klipin rejissorluğunu Nail Naiboğlunun yerinə yetirib. “Cümhuriyyət suitası” adlanan bəstənin müəllifi isə Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədlidir.

Qeyd edək ki, rəqqasənin yeni klipinin təqdimatında Xalq artisti Mənsum İbrahimov, müğənnilər Sevda Yahyayeva, Manaf Ağayev, Kərim Abasov, Əhməd Mustafayev, Rəşad İlyasov, Elnarə Xəlilova, Niyam Salami, aparıcılar Vüsalə Əlizadə, Lamiyyə Ələkbərova, rəqqasə Renka və başqa məşhurlar iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm