Faytonçu Nazim: "İkinci həyatımı yaşayıram"
Bizi izləyin

Magazin1

Faytonçu Nazim: "İkinci həyatımı yaşayıram"

Faytonçu Nazim noyabrin 29-da Heydər Əliyev Sarayında keçiriləcək "Darıxmışam, Bakıdan danış” adlı konserti ilə bağlı mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, media nümayəndələrini Beynəlxalq Mətbuat Mərkəzində başına toplayan ifaçı qonaqların müxtəlif səpkili və rəngarəng proqramla qarşılaşacağını bildirib:

“İkinci həyatımı yaşayıram, həm də 50 illik yubileyimdir. Gecənin "Darıxmışam, Bakıdan danış” adlanmasının da bir mənası var. Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim”.

Konsertlə bağlı danışan müğənni konsertdə tamaşaçıları bir çox sürprizlərin gözlədiyini qeyd edib: "Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək. Gecənin sürpriz qonağı isə Ísrailin taninmish müğənnisi Liora olacaq”.

Qeyd edək ki, konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli olacaq.

Faytonçu Nazimin konsertinin biletlərin qiyməti 10-80 manat arasında dəyişir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm