Alim Qasımov və Fərqanə Qasımova London teatrının səhnəsində - FOTOLAR
Bizi izləyin

Magazin1

Alim Qasımov və Fərqanə Qasımova London teatrının səhnəsində - FOTOLAR

Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Londondakı “Sadler Wells” Teatrında konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.

Mark Morris rəqs qrupunun və “İpək Yolu” ansamblının qatıldığı konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifaları sürəkli alqışlarla qarşılanıb.

Teatrlaşdırılmış konsert proqramı noyabrın 17-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm