Magazin1
Əməkdar artistin oğlu atasının ölüm səbəbini açıqladı – VİDEO
ARB TV-nin “Bu qədər” proqramında bu dəfə mərhum
sənətkar, əməkdar artist Məhəbbət Kazımovdan bəhs
edilib.
Publika.az xəbər verir ki, proqramda dostları,
qardaşı və oğlu müğənni ilə bağlı xatirələrini bölüşüb.
Rəşid Kazımov – Oğlu: “Məhəbbət Kazımov deyiləm,
amma onun oğlu olduğumun bir ağırlığı var. Bunu duyub hərəkət etmək
gözəl hissdir. İnsanlar musiqiçini itirdi, mən isə öz atamı. Səhv
addımlarımda məni irəli aparan bir insan idi. Ən xoşuma gələn
mahnısı "Bəh-Bəh” mahnısıdır. Yaxşı mənada atama rəhmət oxutdura
bilirimsə bu mənim uğurumdur. Rayon yerinə istirahətə gedəndə çay
içiridik, 200 metr aşağıda “Laçınım” mahnısı gedirdi, biraz
yuxarıda da atamın başqa mahnısı oxunurdu. Bu çox gözəl hissdir.
“Laçınım” mahnısını oxuyanda çox kövrəlirdi. Təzyiqi bəzən çox
qalxırdı. Bir dəfə “Laçınım” mahnısına toyda oynadılar mikrofonu
qoyub toydan çıxmışdı. Deyirdi ki, bu mahnıya əl çalmayın.
Ölümündən 4 il qabaq həkim oxumağı qadağan etmişdi. O qədər ürəkdən
oxuyurdu ki, daxili orqanları tab gətirmirdi. Anam dedi ki, hər
şeyi qadağan etdirə bilərsən, amma oxumağı yox. Evdən çıxanda anam
dedi ki, atamın vəziyyəti pisləşib. Təcili tibbi yardım maşını
gələndə artıq ruhunu tapşırmışdı. Mənə bu gec çatdı. Məhlədə
baxıram adamlara hiss etmirəm. Sinif yoldaşım Toğrulu görəndə özümü
saxlaya bilmədim və qucaqlayıb ağladım. Əziyyətli ölüm görmədi. O
baxımdan atamı xoşbəxt sayıram”.
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq