Qənirə Paşayeva Türkiyədə ƏMƏLİYYAT OLUNDU
Bizi izləyin

Magazin1

Qənirə Paşayeva Türkiyədə ƏMƏLİYYAT OLUNDU

Millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib. O, Q.Paşayevaya şəfa diləyib:

"Mən bilmirəm axı ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım. Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur. Onda biz yaxşı dost deyilik.

Niyə sizin yanınızda olmamalıyıq, belə olmalıdır? Niyə heç bir dərdi olmayanlar vampir kimi bəzən canımızı alır. Amma çiynimizdə haqqın ola-ola, sağlamlığınızda problem olur və bundan xəbərimiz olmur.

Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Çox üzr istəyirəm, xəbərim olmayıb. Yastığınız yüngül olsun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm