Bakıya gələn Neslihan Atagül geyimi ilə BİHUŞ ETDİ - FOTO
Bizi izləyin

Magazin1

Bakıya gələn Neslihan Atagül geyimi ilə BİHUŞ ETDİ - FOTO

Türkiyənin tanınmış aktrisası Neslihan Atagül Bakıya gəlib.

Publika.az xəbər verir ki, aktrisanın Bakı səfərinin səbəbi Türkiyənin prestijli “Pantene Altın Kelebek Odülleri Töreni” ilə bağlıdır. “Kara Sevda” serialından sonra böyük populyarlıq qazanan ulduz bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. İkinci dəfə paytaxtımızın qonağı olan aktrisa etiraf edib ki, Bakını çox sevir və burada özünü yad hiss etmir:

“Xüsusilə hündür binalar və müasir tikililər sadəcə heyranedicidir. Yeməkləriniz də dadlıdır. Dünən qutab yedim, ət qutabını çox bəyəndim”.

Gözəllik sirrlərini bölüşən 26 yaşlı Atagül bildirib ki, hər bir qadın indivudualdır və hər kəsin gözəllik sirri özəl və fərqlidir. O, sözlərinə əlavə edib ki, gözəlliyin əsas şərti sağlam qidalanmadır:

“Bədəni və ruhu gözəl olan qadının daxili aləmi onun üzündə əks olunur. Təbəssüm isə qadının gözlərini daha mənalı edir. Hesab edirəm ki, hər qadının gözəllik sirri müxtəlifdir. Biri gülüşü ilə, digəri gözləri, başqa bir saçları ilə ətarafa gözəllik yayır. Mən uzun saçlara üstünlük verirəm. Saçlarımı heç vaxt qısa kəsdirməyi düşünməmişəm. Uzun saçlarda xoşbəxt oluram. Lakin o da istisna deyil ki, hər hansı bir rol üçün saçlarımı qurban verə bilərəm”.

Kino ulduzu sabah “Altın Kelebek” üçün azərbaycanlı məşhurların seçim konsertində iştirak edə bilməyəcək. Neslihanın sözlərinə görə, “Altın Kelebek” mükafatına namizəd olan sənətçilərin yaradıcılığı tanış olmaq imkanı qazanıb. Sabah Türkiyəyə yola düşən aktrisa hər kəsə uğurlar arzulayıb:

“Gərgin iş qrafikimlə bağlı İstanbula qayıtmalıyam. “Altın Kelebek”in finalı dekabrın 9-da baş tutacaq. Odur ki, hazırlıqları çatdırmalıyıq. Tədbirin açılışını özüm edəcəyəm. Geyimlərim sürprizdir”.

Mətbuat konfransı üçün qara mini paltar və qısaboğazlı çəkmə geyinən ulduz bir daha hər kəsi özünə heyran qoya bilib.

Qeyd edək ki, Azərbaycan artıq ikinci ildir bu nüfuzlu layihəyə qatılır. Ötən il Azərbaycanın superstarı Röya “İlin ən parlaq ulduzu” nominasiyası üzrə “Pantene Altın Kelebek Ödülü”nü almışdı. Bu il isə Azərbaycandan “İlin qadın müğənnisi” nominasiyası ilə Türkiyənin bu nüfuzlu mükafatına 7 xanım müğənnimiz namizəddir. “Pantene”in Türkiyə üzrə siması olaraq, Neslihan Atagülün Bakı səfərinin məqsədi də bu layihənin Azərbaycanda reallaşmasını əks etdirən tədbirlərdə iştirak etmək və proqramla yaxından tanış olmaqdır.

Aytən,

Foto: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm