Xalq artisti səhnədə rəqsləri ilə NƏFƏS KƏSDİ - FOTO
Bizi izləyin

Magazin1

Xalq artisti səhnədə rəqsləri ilə NƏFƏS KƏSDİ - FOTO

Xalq artisti Aygün Kazımovanın dünən "Elektra Events Hall"da "Duy" adlı möhtəşəm konserti baş tutub.

Publika.az xəbər verir ki, günlərdir məşqə hazırlaşan Xalq artistini səhnədə Gürcüstanın məşhur rəqs qrupu müşayiət edib. Pop diva gecədə Rüfət İsmayıl onun üçün xüsusi olaraq hazırladığı üç libas dəyişib. Aygün Kazımova rəqqaslarla çılğın şousu və rəqsləri ilə nəfəs kəsib.

Sonda səhnəyə dünya şöhrətli frnasız DJ Devid Vendetta çıxıb. O, Aygün Kazımovanın, Xalq artisti Alim Qasımovun mahnılarını və digər hitlərini səsləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm