Tanınmış müğənni xalqdan üzr istədi - 5 İLƏDƏK HƏBS GÖZLƏYİR
Bizi izləyin

Magazin1

Tanınmış müğənni xalqdan üzr istədi - 5 İLƏDƏK HƏBS GÖZLƏYİR

Bir neçə gün əvvəl Misirdə keçirilən təqdimat mərasimində iştirak edən bu ölkənin məşhur müğənni və aktrisası Rania Yusufun geyimi böyük qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, Ranianın yarı-transparan geyimi etirazlara səbəb olub. Bir çoxları bununla bağlı məhkəməyə müraciət edərək müğənninin geyiminin ictimai əxlaqa zidd olduğunu bildirib. Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb və yanvar ayında Rania Yusufun məhkəmə qarşısına çıxarılacağı bildirilib. Onun ictimaiyyətə açıq hörmətsizlik əməli ilə təqsirləndiriləcəyi bildirilir və bu əmələ görə Misir qanunları 5 ilədək həbs cəzası nəzərdə tutur

Qeyd edək ki, ictimai etirazların artdığını görən müğənni tvitter səhifəsi vasitəsi ilə xalqdan üzr istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm