• USD 1,7000 0,00% EUR 1,8952 -0,06%
    • GBP 2,1496 -0,53% RUB 0,0264 0,00%

Müğənni Cəmilədən ŞOK SÖZLƏR: Bədən ölçülərim 60-90-60-dır və ilk dəfə... - VİDEO

  • Magazin1
  • 6 Dekabr 2018 15:58
  • 1 633 Baxış
Müğənni Cəmilədən ŞOK SÖZLƏR: Bədən ölçülərim 60-90-60-dır və ilk dəfə... - VİDEO

“Dördqat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən vururam”.

Publika.az xəbər verir ki, bu sözləri “Səhər-Səhər” verlişinə müsahibə verən Elit Star Cəmilə deyib. Sözügedən verilişdə “Plastik əməliyyatın qurbanları” mövzusu müzakirə olunub.

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə yubkanı mən qaldırmışam. Həqiqətən bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni doğurdan pis etmişdilər”, - deyə Cəmilə etiraf edib.

Eyni zamanda müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm nəyi necə, harada edirəm. 88-90 faiz bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, inglis dilini bilirəm. Hələ gəlin mənim səviyəmə çatın, sonra danışarsınız. Kompüter arxasında oturanların bəziləri qozbeldi, bəziləri o qədər eybəcərdir ki, insan küçədə görsə, qorxar. Oturub şərh yazırlar... Dördqat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam...”

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR