“Altın Kelebek” qazanan Xalq artisti: “Yolum hələ indi başlayır”
Bizi izləyin

Magazin1

“Altın Kelebek” qazanan Xalq artisti: “Yolum hələ indi başlayır”

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova Türkiyədə keçirilən “Altın Kelebek” mükafatlarının təqdim olunma mərasimində “Azərbaycanda ilin qadın sənətçisi” adına layiq görülüb.

Publika.az xəbər verir ki, Xalq artisti mərasimlə bağlı duyğularını Instaqramda dilə gətirib. Hər kəsə təşəkkür edən pop diva karyera uğurlarının bundan sonra başlayacağını qeyd edib:

“30 illik səhnə fəaliyyətim ərzində sizinlə sevindim, sizinlə güldüm, sizinlə sevdim, hətta sizinlə birlikdə ağladım... Hər zaman ən gözəl və ən çətin günlərimdə məhz sizə güvəndim. Uğurlarımızın sırasına daha bir uğur yazıldı. Bu uğur bizim - hamımızındır. Yanımda olan, olmayan hər bir azərbaycanlımın! Bütün bunlar üçün ilk olaraq Allahıma, daha sonra ailəmə, dostlarıma və məni Aygün edən milyonlarla sevənlərimə, hətta sevməyənlərimə borcluyam! Bəli, zirvəyə qalxmaq çətindir, lakin zirvədə qalmaq daha çətindir. Çünki, daha gedəcəyin yol aşağıdır. Mənim yolum isə hələ indi başlayır”.

Əməkdar artist Röya Ayxan isə Aygün Kazımovanın qazandığı qələbə münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb:

“Mən qaraya qara, ağa ağ deməkdən çəkinmədim. Bir çox yazı gördüm və məyus oldum. Əvvəlcə onu qeyd edim ki, gözəl xalqım, hər uğur pulla deyildir. Bəzən sadəcə dəyərimizi dəyərləndirə bilmirik. Bəli, mən gələndə bir insan təbriki ala bilmədim. Efirlərdə tənqiddən tutmuş təhqirlərə qədər ünvanıma eşitdim. Bir çox şey var. Media tərəfdən də incidim. Amma əsla buna ucuz yanaşmasına icazə vermərəm. İzlədim və bir çox şeyi yenidən dərk etdim. Sənətin yaxşısı yoxdur. Sən hər zaman sığınacaq yer və isti kəlmələrə ehtiyac duyursan. Ona görə də, mən tarixdən silinməyən qadına təbriklərimi və hörmətlərimi çatdırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm