Müğənni Gülaydan GÖZLƏNİLMƏZ ETİRAF: “Sevəndə elə bilirsən ki...” - VİDEO
Bizi izləyin

Magazin1

Müğənni Gülaydan GÖZLƏNİLMƏZ ETİRAF: “Sevəndə elə bilirsən ki...” - VİDEO

“Qadınlara məsləhət görürəm ki, ürəklə deyil, ağılla sevsin. Çünki ürəklə sevən qadın qarşı tərəfdən sevgi və diqqət umur... Qadın sevəndə elə bilirsən ki, o, sənin həyatından heç vaxt getməz. Amma, qəlbi sınanda sənin həyatından elə gedər ki... Düşünərsən ki, belə bir insan olubmu?”

Publika.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "10-dan sonra" verilişində qonaq olarkən deyib.

“Qadınların 99 faizi qəlbi ilə sevir. Odur ki, qadınla kişi ayrılanda ən çox əziyyəti də qadın çəkir" , - deyə o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Gülay idmançı Kamil Zeynallı ilə ailəlidir. Onların bir qızı var. Cütlüyün bir neçə dəfə ayrılması xəbərləri yayılsa da, hər ikisi bu xəbərləri təkzib edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm