Məşhur meyxanaçıdan "Maşın şou"nun iştirakçısına GİZLİ KONVERT
Bizi izləyin

Magazin1

Məşhur meyxanaçıdan "Maşın şou"nun iştirakçısına GİZLİ KONVERT

Meyxanaçı Oqtay Kamil aktyor Sərxan Kərəmoğluna gizli məktub verib.

Publika.az xəbər verir ki, "Maşın şou"nu birinci tərk edən meyxanaçı Oqtay Kamil verilişin bu günki buraxılışının qonağı olub.

Meyxanaçı onu oyundan kənarlaşdıran aktyor Sərxan Kərəmoğluna konvert verib və daha sonra əlavə edib ki, orada nə yazıldığını heç kim bilmir:
"Konvertin içərisində şəkil, arxasında isə yazı var. Onun nə olduğunu bir mən, bir də Allah bilir. Amma təhqir deyil, mən səni heç vaxt təhqir etmərəm!"
Lakin aktyor şounun ilk günündə qalmaqal yaşadığı meyxanaçının ona təqdim etdiyi konverti almayıb. Meyxanaçı qeyd edib ki, iştirakçılardan Ramil Nabran, Taleh Yüzbəyov və Mənsur Şərifin qalib olmasını istərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm