Aysel Nazim "Maşın şou"nu tərk etdi
Bizi izləyin

Magazin1

Aysel Nazim "Maşın şou"nu tərk etdi

"Maşın şou"nu bu gün aparıcı Aysel Nazim tərk edib.

Publika.az xəbər verir ki, "Hind kinosu" devizi altında baş tutan "Maşın şou"nun növbəti buraxılışında sms səsverməsinə aparıcı və aktrisa Aysel Nazim çıxıb.

Əvvəlcədən hədəfini açıqlamayan və rəqibinin xanımlar olmadığını deyən Aysel sona yaxın taktikasını dəyişib. Son dəqiqələrdə reper Ramil Nabranla mübarizə apardığını deyən məşhura dəstək çıxan demək olar ki, olmayıb. Digər iştirakçıların əksəriyyəti Aysel Nazimin şounu tərk etməsi üçün "Getsin"ə səs istəyib.

37,81 faiz səs toplayaraq oyunu tərk edən Aysel Nazim üçün maşın əldən gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm