“Peşiman deyiləm, məcbur olub demişəm” – Elzadan onu hədələyən Zeynəbə CAVAB - - VİDEO
Bizi izləyin

Magazin1

“Peşiman deyiləm, məcbur olub demişəm” – Elzadan onu hədələyən Zeynəbə CAVAB - - VİDEO

"Zeynəb xanımın səsinin, xasiyyətinin, səmimiliyinin və onun gözəlliyinin uşaqlıqdan vurğunuyam. İndi də o vurğunluq qalıb. Çünki Zeynəb xanım toylara gələndə, pul qazananda heç kəs nə toylara gedirdi, nə də pul qazanırdı”.

Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Səhər-Səhər” verlişinində qonaq olan əməkdar artist Elza Seyidcahan deyib.

O, Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva tərəfindən ünvanına sərt sözlər deyilməsinə münasibət bildirib:

"Mən bir bəstəkar kimi deyirəm ki, Zeynəb xanımın səsi cavan qalıb. Yəni xırıldamır və fısıldamır. Zeynəb xanımdan “özləri bilərlər” deməyini gözləyərdim. Olan oldu, keçən keçdi. Amma nə demişəmsə düz söz demişəm və peşiman da deyiləm. Məcbur olmuşam, demişəm. Bundan sonra da Zeynəb xanımı harada görsəm, hər zamanki kimi özüm qabağına gedib onu öpəcəm".

Qeyd edək ki, proqramların birində Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. Əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən Nazpəri Dostəliyevaya sərt reaksiya vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm