Magazin1
"O Səs Türkiyə"yə görə "Maşın şou"dan GETDİ
"Maşın şou"nun növbəti buraxılışında oyunu Mina Hüseyn tərk edib.
Publika.az xəbər verir ki, "Hind kinosu" devizi altında baş tutan şouda sms səsverməsinə müğənni və aktrisa Mina Hüseyn çıxıb.
O, oyunun gedişatında bildirib ki, hədəfi aktyor Taleh Yüzbəyovdur. Sonda 52,01 faiz səs toplayan ifaçı qərarı ilə hər kəsi şoka salıb. O, səsvermədə qalib gəlsə də, şounu özü tərk edib.
"Şoudan böyük məmnuniyyətlə Nazilə Səfərlini çıxartmaq istərdim. O, və Sərxan bəy oyunu daha maraqlı edən iştirakçılardır. Odur ki, özüm gedirəm. Lakin onu da deməliyəm ki, mən Nazilə xanımın dediyi kimi pis insan deyiləm. O, məni hansısa həşəratlara bənzətdi və bu, heç xoşuma gəlmədi. Ona sübut edirəm ki, yaxşı insanam".
Verilişin müəllifi və aparıcısı Murad Dadaşov da bu qərardan şoka düşdüyünü gizlətməyərək Minanın məntiqsiz oyun apardığını vurğulayıb.
İddia edilir ki, Minanın oyundan getməsi "O Səs Türkiyə" yarışması ilə bağlıdır. O, sözügedən mahnı müsabiqəsində Seda Sayanın komandasında çıxış edəcək.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi