Türkiyəyə köçən Pərvin Abıyeva "Maşın şou" ilə bağlı GÖRÜN NƏLƏR DEDİ: Əslində...
Bizi izləyin

Magazin1

Türkiyəyə köçən Pərvin Abıyeva "Maşın şou" ilə bağlı GÖRÜN NƏLƏR DEDİ: Əslində...

Türkiyəyə köçən azərbaycanlı aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayıma qoşularaq yeni həyata başlaması haqqında verilən sualları cavablandırıb.

Publika.az xəbər verir ki, 28 yaşlı kino ulduzu Azərbaycandakı evini və maşınını satmadığını, hazırda özünü inkişaf etdirməklə məşğul olduğunu deyib.

“Evimi və maşınımı satmamışam. İstanbulda təhsilimlə məşğul oluram, ən yaxşı müəllimlərdən dərs alıram. Rahat, sakit oynayanda bizim rejissorlar irad bildirir ki, duyğularını qabartmalısan. Burada isə sakit şəkildə özün kimi oynamalısan. Odur ki, Azərbaycanda gördüyüm təcrübə keçmir”.

Aktrisanın sözlərinə görə, Türkiyədən ona 3 film təklifi gəlib:

“Film çəkilişləri bitdikdən sonra Bakıya gəlib-gəlməyəcəyim bəlli deyil. Bunu gələcək göstərər”.

"Maşın" şou ilə bağlı suallara isə aktrisa belə cavab verib:

"Mənsiz "Maşın" şounun marağı yoxdur. Hamının işi mənimlədir. Mənimlə intriqa yaradanda maraqlı olur. Əslində gündəmdə qalmaq üçün xüsusi bir iş etmirəm. Şou-biznes əhli mənə söz ata-ata məni gündəmdə saxlayır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm