Röyadan İNANILMAZ ETİRAF: “Məktəb direktorunun ayaqqabısını geyinib...” - FOTO
Bizi izləyin

Magazin1

Röyadan İNANILMAZ ETİRAF: “Məktəb direktorunun ayaqqabısını geyinib...” - FOTO

Əməkdar artist, populyar müğənni Röya Ayxan məktəbdə oxuyarkən direktorun ayaqqabısını geyinib imthan verdiyini etiraf edib:

Publika.az xəbər verir ki, müğənni bu barədə instaqramda yazıb.

O, həmçinin türk dilində mahnı oxumasına aydınlıq gətirib:

“Çox vaxt köhnə mahnıların daha yaxşı olması barədə rəy bildirirsiniz, hansı ki, sadəcə nəsə yazım, kənardan ağıllı səslənsin deyə görünür. Sözüm sizədir. Neçə illərdir ki, yeni türk mahnıları alıb oxuyuram, çünki bu 17 ildə Azərbaycan dilində mahnıları alıb evə atmışam. Yavaş-yavaş üzə çıxardığım mahnılar da onlardır. Təbii ki, “Problemdir sevgimiz” də o siyahıya daxildir. Gəlin, gördüyümüz işə nə qədər əziyyət və sevgi qatdığımızı unutmayıb dəyər verək. Ana dilimdə sizin üçün, türk dilində türklər üçün oxuyuram. Anlamaya bilərsiniz, lakin Almaniyada belə türk dilində ifalarım dinlənilir. Hadisəyə bir də mən tərəfdən baxın və bilin ki, ağılsız qız deyiləm. Əlbət ki, bir bildiyim vardır. Məktəbdə direktorun ayaqqabısını geyinib imtahan verib evə gələn qızam. Şükürlər olsun ki, bu gün böyük ailəm var. Övladına, vətəninə vergisini ödəyən və sizi də unutmayan bir Röya var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm