Maşın onun üçün ƏLDƏN GETDİ: “Nevroloji xəstəliyim var və 2 saatdan çox...” - VİDEO
Bizi izləyin

Magazin1

Maşın onun üçün ƏLDƏN GETDİ: “Nevroloji xəstəliyim var və 2 saatdan çox...” - VİDEO

“Maşın şou”nu dünən aktyor Sərxan Kərəmoğlu tərk edib.

Publika.az xəbər verir ki, hind kinosu devizi altında baş tutan şounun dünənki buraxılışında sms səsverməsinə aparıcı Ranar Musayev çıxıb. Tamaşaçılara müraciətində "Şəkil çəkdirmisiz, avtoqraf almırsız, heç olmasa səs verin ki, biabır olub getməyim" deyən aparıcı oyun ərzində hədəfini açıqlamayıb.

R.Musayev sonda 79,74 faiz səs toplayaraq oyundan aktyor Sərxan Kərəmoğlunu kəranlaşdırıb: “Səmra gözümüzün önündə böyüdü. Xəyalə çox iddialıdır. Sərxanın ürəyi hər kəsdən təmizdir. Xahiş edirəm ki, qərarımdan sonra əl çalmayasınız. 8 iştirakçını paketləyib yola saldın. Sən qəhrəmansan! Səni burdan dostcasına yola salmaq istəyirəm”

Sərxan Kərəmoğlu çıxışında etiraf edib ki, finalda uzun müddət qala bilməyəcəyini düşünürdü: "Hər kəs bilir ki, mən də nevroloji xəstəlik var və 2 saatdan çox orda dura bilməzdim. “Maşın” şouda hər kəsə öz oyunumu göstərdiyim üçün şadam".

Beləliklə, finalda Ranar Musayev, Səmra Rəhimli və Xəyalə Quliyeva mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm