Brilliant Dadaşova Aygün Kazımovanın şəklini bu hala salıb paylaşdı və... - FOTO
Bizi izləyin

Magazin1

Brilliant Dadaşova Aygün Kazımovanın şəklini bu hala salıb paylaşdı və... - FOTO

Dünən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edilib.

Publika.az xəbər verir ki, konsert proqramında bir çox sənət adamları, o cümlədən Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva da iştirak edib.

Konsertin finalında bütün sənətçilər səhnəyə çıxaraq uşaqlarla şəkil çəkdirib. Bu zaman Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova eyni sırada dayanmalı olub.

Konsertdən şəkillər paylaşan B.Dadaşova illərdir ki, küsülü olduğu həmkarı Aygün Kazımovanın üzünü bayraqla örtərək onunla barışmaq niyyətində olmadığını bir daha göstərib.

Aygün Kazımova isə öz növbəsində küsülü olduğu Zülfiyyə Xanbabayeva ilə ikisinin şəklini paylaşıb. O, bu fotoya sülh və barışıq işarəsini qeyd edərək həmkarı ilə arasındakı buzların əridiyinə işarə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm