• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

“Bakıda ilk Şaxta baba mən olmuşam” - Xalq artisti - VİDEO

  • Magazin1
  • 14 Yanvar 2019 13:45
  • 743 Baxış
“Bakıda ilk Şaxta baba mən olmuşam” - Xalq artisti - VİDEO

ARB TV-nin “Hüseynova bacıları” verilişində Xalq artisti Rafael Dadaşov maraqlı açıqlamalar edib.

Publika.az xəbər verir ki, Xalq artisti gənclik illərində atasının Şaxta baba kostyumunu geyinərək Bakı küçələrində gəzdiyini bildirib:

“Atam - Məlik Dadaşov çox məşhur Şaxta baba idi. İndi Şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı. Naxçıvandan gəlmişdim, 1, 2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966/1967-ci illərdə Şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi, məcburiyyət qarşısında olub. Bir bağçadan, digər bağçaya gedirdim, çatdırmırdım. İndiyədək yadımdadır, "Nizami" metrosu tərəfdən MUM-un yanına gəlməli idim. Paltarımı çıxarım, əlimi, üzümü silib gedim ora, orada təzədən əynimi geyinim, bu vaxt itkisi idi. Məcburiyyət qarşısında paltarlı halımla çıxdım ki, gedəcəyim yerə vaxtında çatım”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR