Nura Suri onu boğaraq öldürmək istəyən psixopat sevgilisinə GERİ DÖNDÜ?- FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Nura Suri onu boğaraq öldürmək istəyən psixopat sevgilisinə GERİ DÖNDÜ?- FOTO/VİDEO

Dünən müğənni Nura Suri paytaxt məkanlarının birində "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Publika.az xəbər verir ki, ifaçının xoş gününə onun sənət yoldaşları da qatılıb. Xalq artisti Brilliant Dadaşova, müğənnilər Səidə Sultan, Sevda Yəhyayeva, Vüsal Hacıyev, aparıcılar Samir Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov, stilist Elnur Həsənov, vizajist Nigar İbrahimova və digərləri təqdimat mərasiminə gələrək yeni layihəsi münasibətilə Nura Surini təbrik ediblər.

Media nümayəndələrininin də iştirak etdiyi tədbirdə Suri bildirib ki, "Dönmək olmur" mahnısına çəkdirdiyi klip "Gitme" adlı mahnıya çəkilən ekran işinin davamıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə etmişik. Seçilmiş obrazların hər biri mənə aiddir. Ümumilikdə klip üzərində 30-a yaxın adam çalışıb", - deyə sənətçi bildirib.

Klip psixoloji problemləri olan, daha sonra isə müalicə alaraq sağalan sevgilisini bağışlaya bilməyən qadının hekayəsindən danışır. "Sizcə qadınlar hansı kişiləri bağışlaya bilmir" sualına ulduzun cavabı belə olub:

"Bu suala konkret cavab verə bilməyəcəm. Qadının qarşı tərəfi bağışlaya bilməməsinin səbəbləri müxtəlifdir. Hər halda ciddi və böyük problemlərdən sonra münasibətləri əvvəlki kimi davam etdirmək olmur".

Gənc müğənnilərin ifaları ilə davam edən tədbirdə daha sonra tort kəsilib. Bu anlar isə əyləncəli görüntülərə səhnə olub.

Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və aranjimanı isə Fərid Ağaya məxsusdur.

Aytən Məftun

Foto: Məhəbbət Nəsirov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm