Xalq artisti keçmiş sevgilisi ilə Moskvada BARIŞDI - FOTO
Bizi izləyin

Magazin1

Xalq artisti keçmiş sevgilisi ilə Moskvada BARIŞDI - FOTO

Azərbaycan səhnəsinin məşhur cütlüyü - Xalq Artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu barışıq addımı atıb.

Publika.az xəbər verir ki, uzun illərdir küsülü olan sənətçilər Moskvada toy məclisində iştirak edib. Məclisə qatılan müğənni Samir Piriyev həmkarları ilə şəkil çəkdirərək instaqramda paylaşıb. Yeri gəlmişkən, həmin toyda müğənni Könül Kərimovanın da iştirak etdiyi məlum olub.

Məlumat üçün bildirək ki, məşhur cütlüyün sevgili olması iddia edilirdi. 48 yaşını qeyd etməyə hazırlaşan Aygün Kazımova həqiqəti etiraf etsə də, ondan 8 yaş kiçik olan Namiq Qaraçuxurlu bu xəbərləri inkar edir. Keçmiş duet ortaqlarının yenidən bir araya gələrək yeni mahnı təqdim edəcəyi barədə də xəbərlər dolaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm