“Şou-biznesi parazitlər basıb” – Namiq Qaraçuxurludan ATMACA – VİDEO
Bizi izləyin

Magazin1

“Şou-biznesi parazitlər basıb” – Namiq Qaraçuxurludan ATMACA – VİDEO

ARB TV-nin “Show news” proqramının budəfəki müsahibi meyxanaçı, müğənni Namiq Qaraçuxurlu olub.

Publika.az xəbər verir ki, sənətçi şou-biznesi artıq parazitlərin basdığını bildirib:

“Şou-biznesdə elə insanlar var ki, başa düşə bilmirsən, bu adamın sənəti nədir? Müğənni kimi özü də bilir ki, oxuya bilmir, aparıcı kimi başa düşmürsən nə danışır. Elə insanlar çoxdur. Aralarında ailə tərbiyəsi görməyənlər də var. Müğənni kimi səninlə söhbət edəndə deyirsən ki, müğənninin düşüncəsi belə olmalı deyil. Bunları da ələkdən keçirmək lazımdır. Amma görürsən ki, artıq gecdir. Prazitlər dolub. Şou biznes nümayəndəsi olub ki, ona görə kimlərləsə böyük qırğınlar etmişəm, sabahı gün tapdalayıb gedib. İndi bəzilərini yola verirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm