Azərbaycanlı müğənninin konsertinə biletlər tapılmır - 10 gün öncədən...
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənninin konsertinə biletlər tapılmır - 10 gün öncədən...

Müğənni Zamiq Hüseynov fevralın 10-da Heydər Əliyev Sarayında keçirəcəyi solo konsertə ciddi şəkilə hazırlaşır.

Publika.az xəbər verir ki, konsertin təşkili üçün 70-ə yaxın işçi heyəti çalışır.

Zamiq onlarla fotoqraf, videoqraf, 16 musiqiçi, 4 bek-vokal, 22 rəqqasın olduğu gecədə 21 mahnını canlı olaraq səsləndirəcək. Bundan əlavə, ölkənin məşhur səs rejissorları Yaşar Baxış, Bəxtiyar Həsənov və Oleq Naumov da layihədə yer alıb.

Zamiqin səhnə kostyumları üzərində tanınmış modelyer Afaq İsmayılzadə hazırlayır. Səhnə tərtibatı, səs, işıq texnikası və konsertin təşkilatçılığı “SS Production”a məxsusdur.

Bu məqamda bildirək ki, musiliqi gecəyə 10 gün qalmasına baxmayaraq bütün biletlər tükənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm