Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR: “Əlacım olsa, atamı...” - VİDEO
Bizi izləyin

Magazin1

Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR: “Əlacım olsa, atamı...” - VİDEO

ARB TV-nin “Bu qədər” proqramı mərhum reper Hüseyn Dəryaya həsr olunub.

Publika.az xəbər verir ki, reperin dostları, həyat yoldaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb:

Sona İbadova həyat yoldaşı ilə klip çəkilişlərində tanış olduğunu bildirib:

“2001-ci ildə konsertinə getdim. Konsertdə demişdi ki, ən fəal fanatlarım yeni klipimdə yer alacaq. Çox istəyirdim ki, o klipə çəkiləm, çünki böyük fanatı idim. Onunla şan-şöhrətinə görə ailə qurmamışam. Biz evlənəndə o, sıfırda idi. 2005-ci ildə ailə qurduq, kirayədə yaşayırdıq. Evlənəndə mənə dedi ki, sən balacasan, mən işləmirəm, bizə çətin olacaq. Dedim, eybi yox, ikimiz də işləyərik. Cahangirin 1 yaşı olanda restorana getdik, Hüseyn ad günündən çıxdı, biz getdik anamgilə. O da “mən bir azdan gələcəm” deyib, bizdən ayrıldı. Səhər mənə zəng gəldi ki, Hüseyn Dərya həbs olunub. Onu görəməyə icazə vermirdilər. Çoxsaylı xahişlərimdən sonra 1, 2 dəqiqəlik icazə ala bildim. Gözüm qapıda idi, qapıdan keçəndə gördüm əli qandallı gətirirlər. Çox pis oldum, ağlamağa başladım. Qandalını açdılar, biz görüşdük. Gəlişi kimi, gedişi də əfsanə oldu. Şou-biznesdə onun kimi partlayış edən, sevilən müğənni olmadı, hələ də yoxdur”.

Mərhumun oğlu Cahangir Dərya isə atası üçün çox darıxdığını vurğulayıb:

“Anamdansa atamla bağlı xatirələrim çoxdur. Yaxşı ata kimi yadımda qalıb. Mənə pişik deyirdi. İndidən məni sevən kütlə var, gələcəkdə də çoxalacaq. Məni ən çox atama görə sevirlər. Adi insanın oğlu olsaydım, məni heç kim tanımazdı. Atam çox yatırdı. İndi yanımda olsa ona deyərdim ki, çox yatma, mənimlə vaxt keçir. Onunçün darıxdığımı ona deyərdim. Əlacım olsa atamı yanıma gətirərdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm