Azərbaycanı bu il “Eurovision”da Çingiz Mustafayev təmsil edəcək? - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Azərbaycanı bu il “Eurovision”da Çingiz Mustafayev təmsil edəcək? - AÇIQLAMA

Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində Çingiz Mustafayevin təmsil edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” sosial şəbəkədə məlumat yayıb. Daha sonra isə məlumat silinib. Xəbəri müğənni və İctimai Televiziya təsdiq etməyib. Çingiz Mustafayev instaqram hesabında bu xəbərə münasibət bildirib:

“Buradan bütün söz-söhbətlərə son qoymaq üçün deməliyəm ki, İctimai TV tərəfindən seçimlərə dəvət almışam və hamı kimi gedib oxumuşam. Sonra heç bir xəbər almamışam. Bu gün kanala zəng vurdum, onlar xəbəri təsdiqləmədilər. Xahiş edirəm ki, rəsmi məlumat olmadan bu barədə yalan xəbər yayılmasın”.

Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm