Azərbaycan polisini təhqir edən Nazın çəkildiyi klip Yutubdan SİLİNDİ
Bizi izləyin

Magazin1

Azərbaycan polisini təhqir edən Nazın çəkildiyi klip Yutubdan SİLİNDİ

Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila adlı azərbaycanlı qadın Ceyhun adlı müğənninin “No panic” adlı klipində çəkilib. Klipdə əyninə üzərində Daxili İşlər Nazirliyinin gerbi və simvollarının olduğu polis uniformasını geyinən Naz yüngül hərəkətlər edib.

Publika.az xəbər verir ki, Azərbaycan polisinin uniformasını geyinən Nazın kadrları sosial şəbəkədə yayılıb. Üzərində dövlət rəmzlərinin olduğu geyimdə əxlaqsız hərəkətlər edən Naz tənqid atəşinə tutulub. Həmçinin Daxili İşlər Nazirliyi Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb. Bundan sonra bir neçə gün əvvəl təqdim olunan klip yutubdan silinib.

Qeyd edək ki, ekspert Elməddin Muradlı Axar.az saytına verdiyi açıqlamada Ceyhun adlı müğənninin klipində polis geyimindən bu şəkildə istifadə etməsini pisləyərək həmin görüntülərin çıxarılmasını tələb edib.

"O cür kliplərdə belə vasitələrdən istifadə etmək yolverilməzdir, mədəniyyətsizlikdir, biabırçılıqdır. Belə düşünürəm ki, Daxili İşlər Nazirliyi buna mütləq cavab verəcək və yaxud verməlidir. Belə çəkilişlər zamanı polisin, əsgərin uniformasından istifadə edilərkən Daxili İşlər Nazirliyindən icazə alınmaldır, razılaşdırılmalıdır. Nazirliyə bildirilməlidir ki, bu çəkilişin, klipin süjeti necə olacaq. Belə açıq-saçıq bir klipdə polisimizin geyimindən istifadə etmək və o geyim altında biabırçı hərəkətlər etmək yolverilməzdir. O geyimi geyinən xanım yol polisi obrazını canlandırır. Bu, Azərbaycan polisinə təhqirdir”.

Ekspert bildirib ki, bəlkə də hansısa Avropa klipində bu cür mənzərə normal qəbul edilə bilər, ancaq Azərbaycanın mental təfəkkürü polis formasının açıq-saçıq bir xanımın açıq-saçıq klipdə canlandırmasını qəbul etmir:

“Bizim kimi cəmiyyətlər bayraq, gerb kimi atributlara toxunulmaz nemət kimi baxır. Ona görə bu addımı qəti şəkildə pisləyirəm və hesab edirəm ki, Daxili İşlər Nazirliyi bununla bağlı addım atmalı, açıqlama verməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm