Sibel Can Azərbaycana oğlunu da gətirəcək
Bizi izləyin

Magazin1

Sibel Can Azərbaycana oğlunu da gətirəcək

Türk müğənnisi Sibel Canın Bakı konsertinə sayılı günlər qalır.

Publika.az News24.Az-a istinadən bildirir ki, "Liatris Holding"in təşəbbüsü, "Liatris Production"ın təşkilatçılığı ilə ərsəyə gələcək konsert martın 8-i Beynəlxalq Qadınlar günü baş tutacaq.

Konsertdən 1 gün əvvəl böyük oğlu Engincan Uralla birgə Bakıya təşrif edəcək Sibel Can iş xanımı Ruhi Əliyevanın qonağı olacaq. Eləcə də paytaxtın gəzməli, görməli yerlərinə səfər edəcək.

"Liatris production"dan verilən məlumata görə, konsertin biletlərinin satışı yüksək səviyyədə davam edir və biletlər tükənmək üzrədir. Konsertə getmək istəyənlərə bilet əldə etmək üçün tələsmələri məsləhət görülüb.

Qeyd edək ki, Sibel Canın 8 martda Bakı Konqress Mərkəzində baş tutacaq konsertinin biletləri 20-300 AZN dəyərindədir.

Biletləri Bakının bütün kassalarından, eləcə də iticket.az-dan əldə edə bilərsiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm