Ayağı amputasiya edilən Xalq artistinin son vəziyyəti - FOTO
Bizi izləyin

Magazin1

Ayağı amputasiya edilən Xalq artistinin son vəziyyəti - FOTO

"Sağalacaq... Özü də buna inanır. Yaşamaq, yaratmaq, kino çəkmək, şeir yazmaq istəyir. Öz şeirlər kitabından bizə bir neçə şeir oxuyub kövrəldi. Bizi də kövrəltdi".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti H. Ömərova instaqramda yazıb. Bir neçə həftə bundan əvvəl ayağı amputasiya edilən həmkarı Ramiz Əzizbəylini ziayərət edən aktrisa bildirib ki, Xalq artistinin səhhəti yaxşılığa doğru gedir.

"Sonra təəccüblə soruşdu: “Siz niyə belə kədərlisiniz? Gəlin mahnı oxuyaq”. Məlahətli, heç kiminkinə bənzəməyən titrək, həzin səsi ilə oxudu. Bizim optimist, şən, həyatsevər Ramiz Əzizbəylimiz. Allah sizə şəfa versin", - deyə H.Ömərova qeyd edib.

Ramiz Əzizbəyli ilə şəkil çəkdirən H.Ömərova bu fotonu da sosial şəbəkədə izləyici ilə bölüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm