Günay İbrahimlidən sevgi mesajı: “Ayrılığa dözərdim” - VİDEO
Bizi izləyin

Magazin1

Günay İbrahimlidən sevgi mesajı: “Ayrılığa dözərdim” - VİDEO

Müğənni Günay İbrahimli “Qram-qram” adlı yeni klipini təqdim edib.

Publika.az xəbər verir ki, sənətçi bu dəfə sözləri və musiqisi Elvin Muxtara aid mahnını ekranlaşdırmaq qərarına gəlib. O, yeni layihəsini gənc rejissor Nuran Məmmədova həvalə edib. Çəkilişlər G. İbrahimlinin villasında lentə alınıb, bunun üçün sənətçinin mənzilində studiya qurlaşdırılıb. Böyük komandanın çalışdığı ekran işinin çəkilişləri 24 saat davam edib.

Yeni mahnısında nakam qalmış hisslərdən bəhs edib "Ayrılığa dözərdim, şəkillər olmasaydı" deyən İbrahimli yeni işi üçün dörd fərqli obrazda kamera qarşısına keçib. Günayın sözlərinə görə, bu dəfə o, heç bir modelyerlə əməkdaşlıq etməyib, geyimlərini özü hazırlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm