• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Könül Xasıyevanın çox danışılacaq GÖRÜNTÜLƏRİ YAYILDI - AÇIQLAMA/VİDEO

  • Magazin1
  • 21 Fevral 2019 11:27
  • 3 103 Baxış
Könül Xasıyevanın çox danışılacaq GÖRÜNTÜLƏRİ YAYILDI - AÇIQLAMA/VİDEO

Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın sənət dostu Mətanət Əsədovanın doğum günündə lentə alınmış kadrları müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Xalq artisti doğum günündə Mətanət Əsədovanı ifası ilə təbrik edib. Bu zaman qonaqlıqda olan Manaf Ağayev, Vasif Məhərrəmli və digər müğənnilər Xalq artistinin ovcuna pullar qoyub. Gecənin səbəbkarı isə sənətçiyə uzatdığı 200 manatlıq əsginası əlində yellədərək təqdim edib.

Məsələ ilə əlaqədar Könül Xasıyeva Publika.az-a açıqlama verib. O bildirib ki, sözügedən görüntülərdə təhqiredici bir fakt yoxdur:

“Xanəndə oxuyanda pul və şabaş verirlər də. Niyə bu qədər böyüdürlər ki? Anlamıram. Hazırda atamın qırx mərasimi keçirilir, bu barədə danışmaq istəmirəm”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR