Dəryanın oğlu ögey bacısının şok tələbinə CAVAB VERDİ - VİDEO
Bizi izləyin

Magazin1

Dəryanın oğlu ögey bacısının şok tələbinə CAVAB VERDİ - VİDEO

Hüseyn Dəryanın oğlu Cahangir Dərya mərhum repçinin doğma övladı olmaması barədə yayılan söz-söhbətlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, dünən reperin ilk nikahından olan qızı Aişə “Bizimləsən” proqramında atasının Sona İbadova ilə evliliyindən doğulan oğlu Cahangirin onun qardaşı olduğuna inanmadığını deyib.

Məsələ ilə bağlı Sona İbadova ilə əlaqə yaratmağa çalışsaq da, bu barədə suallara cavab vermək istəmədiyini dedi. Lakin müğənninin 12 yaşlı oğlu Cahangir Dərya ünvanına deyilən şok iddialara səssiz qala bilməyib. O, atasının vaxtı ilə Dilarə Əliyevanın “Çal-çağır” verilişində qonaq olarkən onun haqqında danışdığı video görüntüləri paylaşıb. Mərhum reper sözügedən görüntülərdə oğluna atasının adını qoyduğunu deyib.

Daha sonra isə Cahangir Dərya öz səhifəsində anasının nikah şəhadətnaməsini paylaşaraq “Bu da nikah şəhadətnaməsi” sözlərini qeyd edib.

Xatırladaq ki, Aişə Zaur Baxşəliyevin verilişində Cahangirin DNT analizi verməsini, onun qardaşı olub-olmamasını öyrənmək istədiyini qeyd edib: “Mənə təsir edən o oldu ki, həqiqətləri öyrənə bilmədən atamı itirdim. Bu illər ərzində ağlımda suallar qaldı. Anam efir insanı deyil. 17-18 ildə anamın kim olduğunu heç kim görməyib.

Atam rəhmətə getməzdən əvvəl deyirdim ki, istəyirəm qardaşım olmasına əmin olum. Sosial şəbəkələrdən istifadə edirəm. Hər kəs deyir ki, Hüseyn Dəryanın oğlu yoxdur. Sağ olanda da atamın adına qalmaqallar, sözlər çıxarıldı. Amma artıq onun adının belə hallanmasını təhqir kimi qəbul edirəm.

Əminəm ki, o, mənim qardaşımdır. Atam sağ olanda qardaşımla çox illərimizi itirdik, bir yerdə deyildik. Gələcəkdə onunla bir-birimizə dayaq olacağıq. Onların da şübhəsi varsa, gəlsinlər analiz verək. Mən test etməyə hazıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm