• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Elza Seyidcahan Nazpəri Dostaliyevaya SÖZ ATDI: "Cücə kimi dayanıb..." - VİDEO

  • Magazin1
  • 23 Fevral 2019 14:26
  • 1 127 Baxış
Elza Seyidcahan Nazpəri Dostaliyevaya SÖZ ATDI: "Cücə kimi dayanıb..."

"Bu qızın ifasında çox böyük səliqəsizlik var. Mağar toyunda da belə ifa etmirlər, hər şey bir ssenari üzrə gedir. Bura səhnədir, efirdir, dərəbəylik deyil. Əslində çıxışlarımda səsləndirdiyim tənqidlərimlə səni püxtələşdirmək istəyirəm, müğənni yetişdirirəm.

Bu yaxınlarda hava soyuq idi, yağış yağırdı, verilişdən çıxarkən onu ATV-nin həyətində cücə kimi dayanıb marşrut avtobusu gözləyərkən gördüm. Onu maşınıma otuzdurub apardım, kürəkənim taksi saxladı, onu evinə yola saldıq”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan dünən ATV kanalında yayımlanan "Azərbaycanın səsi" yarşmasında Xalq artisti Nazpəri Dostəliyevanın tələbəsi Aygün Məmmədli haqqında deyib. Daha sonra müğənni qalmaqal yaşadığı Nazpəri Dostəliyevaya söz atıb:

“Ona qarşı kin-küdurətim yoxdur. Amma Aygünü dünya arenasına çıxarmağa söz verən bunun yanından maşını ilə vız edib keçir (N.Dostəliyevanı nəzərdə tutur - red.)".

Qeyd edək ki, Nazpəri Dostəliyeva Elza Seyidcahanın bu çıxışından bir qədər əvvəl səhhətində problem olduğunu deyərək studiyanı tərk edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR