Damla hücuma məruz qaldı: "Bu qədər təhlükəliyəm?"
Bizi izləyin

Magazin1

Damla hücuma məruz qaldı: "Bu qədər təhlükəliyəm?"

Müğənni Damla hakerlərin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, məşhurun ümumi baxış sayı 35 milyondan çox olan “Youtube” kanalı silinib.

Bu barədə instaqram hesabında Damla özü məlumat verib. O, hesabının silindiyini qeyd edib: “Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də "Youtube" kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız. Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hakerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək”.

Qeyd edək ki, müğənni yaxın günlərdə yeni “Çamadan” adlı klipini təqdim etmişdi. Onun yeni klipi ölkə trendində ən çox baxılan 2-ci video idi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm