Magazin1
Azərbaycanlı aparıcı sevdiyi oğlana görə özünü Qız qalasından atmaq istədi - VİDEO
Tanınmış rejissor və ssenari müəllifi İlham Qasımov növbəti filmini tamaşaçılara təqdim etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, məşhur “Qız qalası” əfsanəsinin motivlərini xatırladan eyniadlı film iki gəncin qəribə və macəradolu bir məhəbbət əfsanəsindən bəhs edir. Baş rollarını Kəmalə Piriyeva və Elməddin Cəfərovun paylaşdığı filmdə Tural Əzizov, Çinarə Məlikzadə, Ziya Ağa, Reza Naci və başqaları da rol alıb.
Aktrisa və məşhur aparıcı Kəmalə Piriyevanın ekran işində atası onu sevdiyi oğlandan ayırmağa çalışdığı üçün ssenari üzrə Qız qalasına çıxaraq özünü atmaq istədiyi səhnələri diqqət çəkib.
Filmin ssenari müəllifləri Tural Sevdimalı və İlham Qasımoğludur. 2 aya yaxın davam edən çəkilişlər həm Bakıda, həm də İranda baş tutub.
Tamaşaçılar bu yepyeni filmi 7 martdan etibarən kinoteatrlarda izləyə biləcək. Xatırladaq ki, daha əvvəl bu yaradıcı heyət “Oğlan evi” filmini ərsəyə gətirərək, yerli kino bazarında səs-küyə səbəb olmuşdu.
Məlumat üçün onu da bildirək ki, əsas rollardan birini ifa edən, əslən azərbaycanlı olan iranlı aktyor Rza Naci 2007-ci ildə Məcid Məcidinin ona dünya şöhrəti gətirən “Sərçələrin nəğməsi” adlı filminə çəkilib. O, bu roluna görə "Oskar" və "Qızıl Palma Budağı" kimi mükafatlardan sonra ən nüfuzlu hesab edilən Berlin Kino Festivalında beynəlxalq dərəcəli “Gümüş ayı” kino mükafatına layiq görülüb.
Beynəlxalq Fəcr Film Festivalının, həmçinin Asiya-Sakit Okean Kino Akademiyasının laureatı olan Rza Naci dünyada yeganə azərbaycanlıdır ki, ona sağ ikən heykəli ucaldılıb.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!