Emin Ağalarov 3 milyon dollar xərcləyib yeni brend yaratdı
Bizi izləyin

Magazin1

Emin Ağalarov 3 milyon dollar xərcləyib yeni brend yaratdı

Rusiyanın “Krokus Qrup” holdinqi “Jara” brendi ilə energetik içkilərin satışına başlayıb.

Virtualaz.org xəbər verir ki, azərbaycanlı milyarder Araz Ağalarovun və oğlu Emin Ağalarovun şirkəti bu içkilərin istehsalını Almaniyanın “Darguner Brauerei GmbH” pivə şirkətinə sifariş verib. İçkilərin Rusiyaya idxalçısı “KroKus Qrup” şirkətidir.

Şirkətdən deyiblər ki, içkilərin satışı test rejimində yanvarın sonlarından başlayıb. Hələlik “Krokus Qrup”a məxsus “Tvoy dom” hipermarketlər şəbəkəsində satılır. Lakin yaxın gələcəkdə bu içkiləri Rusiyanın digər regionlarına və yaxın xaricə də satmaq planlaşdırılır.

Şirkət marketinq xərcləri də daxil olmaqla bu il layihəyə 3 milyon dollar xərcləyib. Bildirilir ki, istehsal xətti genişləndiriləcək və “Jara”nın daha iki çeşidi buraxılacaq.

“Jara” Emin Ağalarovun Bakıda hər il yayda təşkil etdiyi musiqi festivalının adıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm