Çinarə Məlikzadə Azərbaycanı tərk edir?
Bizi izləyin

Magazin1

Çinarə Məlikzadə Azərbaycanı tərk edir?

Uzun müddətdir ki, Türkiyədə olan məşhur müğənni Çinarə Məlikzadənin Azərbaycanı tərk etməsi ilə bağlı xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, məşhur müğənninin dünən əsas rollardan birini ifa etdiyi “Qız qalası” filminin qala gecəsi baş tutub. Lakin məşhur Türkiyədə olduğu üçün Nizami Kino Mərkəzində keçirilən qala gecəsində iştirak edə bilməyib.

O, Türkiyəyə köçməyə hazırlaşması xəbəri ilə bağlı yayılan iddialara cavab verib:

“Tamamilə Türkiyəyə köçmək fikrim yoxdur, məşhur şirkətlərdən biri ilə müqavilə imzalamışıq. İstanbulda konsertlərim baş tutmalıdır. Bu konsertlərlə bağlı olaraq tez-tez Türkiyəyə gedirəm. Eyni zamanda 5 mahnıdan ibarət albomun hazırlıqları gedir. Albom Türkiyədə buraxılacaq, hazırda studiyada işləri davam edir. Albomun aprel ayında buraxılması nəzərdə tutulub. Ona daxil olan mahnıların müəlliflərini indi açıqlamaq istəmirəm, qoy sürpriz olsun. Yalnız onu deyə bilərəm ki, Türkiyənin çox tanınmış bəstəkarlarının bəstələridir".

Müğənni onu da bildirib ki, məşhur aktyor Ali Burak Ceylan ilə çəkildiyi “Bana bir aşk şarkısı söyle” adlı filmi Azərbaycanda da nümayiş olunacaq:

“Layihənin Bakıda da təqdimatı planlaşdırılır, lakin dəqiq tarix hələ bəlli deyil”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm