
Türkiyəli müğənni Sibel Can bu gün Bakıya gəlib.
Teleqraf.com-un məlumatına görə, bir neçə saat bundan əvvəl oğlu Engincanla birlikdə paytaxtımıza gələn ifaçı şəhəri gəzib.
Sibel eyni zamanda “Mir Mövsüm Ağa” ziyarətgahına gedib. Oradan
lentə aldığı görüntüləri müğənni İnstaqramında paylaşıb.
Qeyd edək ki, iş xanımı Ruhi Əliyevanın dəvəti ilə Bakıya gələn
Sibel Can sabah Bakı Konqres Mərkəzində konsert verəcək.