İradə İbrahimova: “Hamı bir dəfə də olsa, yolunu azır”
Bizi izləyin

Magazin1

İradə İbrahimova: “Hamı bir dəfə də olsa, yolunu azır”

“Bu həyatda hamı bir dəfə belə olsa, mütləq yolunu azır, yoldan çıxır. Aranızda bunu etiraf edəcək, dilinə gətirə biləcək neçə insan var. Amma heç kimin söyləməyə cəsarət etmədiyini kitablar söyləyər”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Son zamanlarda kitablara sığındığını yazan müğənni bildirib ki, özünü səhifələrdə tapır:

“Əlbəttə oxuduğunu başa düşənə, başa düşdüyünü fikirləşənə, fikirləşdiyini həzm edənə söyləyər kitablar, yəni hiss edə bilənə. Mənim kimi içinə girib arasında gizlənməkdən həzz, rahatlıq tapanlar və rastına çıxan səhifədəki sətirlərin bir təsadüf olmadığına inanan dəlilər varsa, tanış olduğuma çox sevindim. Hər birinizi tək-tək salamlayıram. Tək olmadığımı çox yaxşı bilirəm. Hər kəsə bol kitablı, musiqili, sənətlə dolu, gözəl bir həftə arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm