Afət Fərmanqızından işdən qovulan xəstəxana işçiləri ilə bağlı İNANILMAZ ADDIM
Bizi izləyin

Magazin1

Afət Fərmanqızından işdən qovulan xəstəxana işçiləri ilə bağlı İNANILMAZ ADDIM

Müğənni Afət Fərmanqızı Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı üçün vəkil tutub.

Bu barədə Modern.az-a A.Fərmanqızı özü məlumat verib.

A.Fərmanqızı bildirib ki, məsələni özü ictimailəşdirib: “Dünən gecədən etibarən yata bilmirəm. Dostlardan da xahiş etdim ki, dəstək olsunlar. İşdən çıxarılanlar məndən kömək istədi. Mən də vəkillə danışdım. Onlara hüquqi yardım etmək üçün Vəkillər Kollegiyasının rəhbərliyilə əlaqə saxladım. Bu məsələ həllini tapmasa, məhkəməyə müraciət edəcəyik”.

Müğənni media vasitəsilə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət edib:

“Burada qəbahət heç nə yoxdur. Həkimlər özü pozitiv olmalıdır ki, xəstələri sağalda bilsinlər. Sağlam bədəndə sağlam ruh olar. Onsuz da bütün günü neqativlə yüklənirlər. Mən 10 dəqiqəlik də olsa oxuduğum mahnı ilə insanlara pozitivlik bəxş edirəmsə, özümü xoşbəxt hiss edirəm. Onların müraciəti də məndə var. Guya özləri öz xahişlərilə işdən çıxarılıb. Məgər 5 nəfərin birdən başına hava gəlib ki, “bizi işdən çıxarın, ac qalaq” deyirlər? Aidiyyəti orqanlardan xahiş edirəm ki, səsimizə səs versinlər. İnsanları bu gözəl dövlətimzidən lüzumsuz səbəblər üçündən narazı salmasınlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm