İlkin Həsənidən qızı ilə bağlı təsirli sözlər: “1 kilo 800 qramlıq bir möcüzə...”
Bizi izləyin

Magazin1

İlkin Həsənidən qızı ilə bağlı təsirli sözlər: “1 kilo 800 qramlıq bir möcüzə...”

İlkin Həsəni qızı Alisanın doğum günün münasibəti ilə instaqramda təsirli status yazıb.

Publika.az xəbər verir ki, məşhur aparıcı vı aktyor qızının vaxtından tez dünyaya gəldiyini və çox qorxu keçirdiklərini etiraf edib:

“Düz 1 il öncə həyatımın ən böyük və ən məsuliyyətli həyəcan siqnalı çalındı. Hər şey o qədər ani, o qədər tez baş verdi ki, gəlişini mayda gözləyirdik, özünü sevimli Marta çatdırdı. İlk dəfə idi ki, qəribə bir həyəcan içində idim, həyatın hər çətinliyinə hazır olan bir adam indi sakitcə dayanıb qapalı küvezdən, üzərinə zond və müxtəlif sistemlər qoşulmuş 1 kilo 800 qramlıq bir möcüzəyə baxırdım. Görəsən necə olacaq fikirləri ilə üz-üzə idim. İl keçdi və bu gün mənə atalıq statusu bəxş edən bu möcüzənin ilk doğum günüdür, 1 yaşın mübarək, qızım.

P.S. Bu foto isə həkimlərin "narahat olmayın, hər şey yaxşı olacaq" dedikdən sonra çəkilib. Yaşadığım ən gözəl anları isə balaca möcüzə gözləyən bütün ailələrə arzulayıram!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm