Nigar Camal qızlarından danışdı: “İstəmirəm ki, müğənni olsunlar"
Bizi izləyin

Magazin1

Nigar Camal qızlarından danışdı: “İstəmirəm ki, müğənni olsunlar"

Xəbər verdiyimiz kimi, dünən Nigar Camalın sözləri Fərid Pənahova, musiqisi "Flamingo Records"a aid olan “Get həyatımdan” adlı mahnısına çəkilən klipinin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, sənətçi yeni layihəsi haqqında fikirlərini bizimlə paylaşıb və bildirib ki, ekran işinin yutubda nə qədər izlənməsi bir o qədər də əhəmiyyət kəsb etmir:

“Nə qədər uğurlu olacağı barədə heç nə deyə bilmərik, klip yeni çıxıb. Hər halda ümid edirəm ki, tamaşaçılar üçün maraqlı olar. Mənim üçün ən önəmlisi odur ki, mahnı və klip yüksək səviyyədə olsun. Klipin yutubda nə qədər baxış sayı toplaması isə ikinci dərəcəli məsələlərdir, bunun bir o qədər önəmi yoxdur”.

Müğənni daha sonra bildirib ki, klipdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə birlikdə rol alıb:

“Murad çox istedadlı oğlandır, onunla birgə çalışmaq gözəl təəssüratlarla yadda qaldı. Bu, onun ilk işi olmasına baxmayaraq, rolunu çox peşəkarcasına oynadı”.

Nigar Camal Murad Qulubəyli ilə sevgili olması haqqında yayılan şayiələrə də aydınlıq gətirib:

“İnsanlar xoşlayır ki, müğənni kimlə duet oxuyursa, onları sevgili etsin. Eldar Qasımovla “Eurovision” müsabiqəsinə gedəndə, dedilər ki, sevgilidirlər. Miri Yusiflə duet oxuduqdan sonra da sevgili olduğumuzu düşünənlər oldu. Sonra Dima Bilan ilə klip çəkdirdik, yenə eyni hal baş verdi. Düşünürlər ki, hər duet oxuduğun ifaçı ilə aranda nə isə olur. Əlbəttə ki, belə deyil”.

Diqqəti və qayğını sevdiyini deyən ulduz etiraf edib ki, qəlbini fəth edə biləcək insan çox qayğıkeş olmalıdır:

“Yaşla bağlı kompleksim yoxdur, həm də yaşımı göstərmirəm. 38 yaşım olsa da, xeyli cavan göründüyümü düşünürəm. Odur ki, özümdən yaşca kiçik insanla sevgili ola bilərəm, problem yoxdur”.

“Qızlarınızın sənətçi olmasınızı istərdinizmi” sualına isə Nigar Camalın münasibəti belə olub:

“Kiçik qızım gimnast olacaq. O, neçə ildir ki, gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Böyük qızım isə hələ qərar verməyib. Heç birinin nə müğənni, nə də şou-biznes nümayəndəsi olmasını istəməzdim. İngiltərədə dünyaya gələn və orada boya-başa çatan uşaqlardır. Onların psixologiyası və mentaliteti tam fərqlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm