Üzeyir Mehdizadə Moskvada döyülməsi ilə bağlı AÇIQLAMA YAYDI
Bizi izləyin

Magazin1

Üzeyir Mehdizadə Moskvada döyülməsi ilə bağlı AÇIQLAMA YAYDI

“Əziz izləyicilər, dostlar və bizə görə narahat olan adamlar, gördüyünüz kimi hər şey qaydasındadır. Şükür Allaha. Qısa məlumat verim ki, sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub. Bu məsələ də dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içərisində iki qardaş arasında da söz söhbət olur. Bizim ən böyük söhbətimiz düşmənimiz ermənilərlədir”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə Moskvada döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O, bildirib ki, hadisəni bu qədər şişirtməyə ehtiyac yoxdur:

“Çox xahiş edirəm, gəlin,uğurlarımız haqqında danışmağa üstünlük verək. Filankəs Vandamla dalaşdı. Vandamı döydülər və s. bu kimi söhbətlər lazım deyil. Kənardan elə başa düşülə bilər ki, iraq olsun, bizim ən çox yaşadıqlarımız söz-söhbətdi. Şairlə nə dava-dalaş? Bayram konsertimizə gələn hər kəsə təşəkkür edirik. Səhər-səhər bir şəkil paylaşdım ki, rahat olasınız. İnşallah qismət olsa, yeniliklərimizi gözləyin”.

Məlumat üçün bildirək ki, dünən müğənni Üzeyir Mehdizadə Novruz bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib. Sosial şəbəkələrdə konsertdən sonra ifaçı və köməkçisinin döyülməsi ilə bağlı xəbərlər yayılıb. Onları döyən şəxslərin Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılar olduğu iddia edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm