Çinarə Məlikzadə İran və Türkiyənin möhtəşəm layihəsində - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Çinarə Məlikzadə İran və Türkiyənin möhtəşəm layihəsində - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni Çinarə Məlikzadə Türkiyə və İranın birgə istehsalı olan “Bana bir aşk şarkısı söyle” adlı filmdə rol alıb.

Publika.az xəbər verir ki, dünən İstanbulda həmyerlimizin türkiyəli aktyor Ali Burak Ceylanla birlikdə rol aldığı filmin qala gecəsi baş tutub.

İranlı rejissor Mehrdad Qhaffarzadehin çəkdiyi “Bana Bir Aşk Şarkısı Söyle” ekran işində Türkiyənin məşhur aktyorlarından Yusuf Çim, Ali Burak Ceylan, Hazal Türesan, Ayşen İnci, Semra Dinçer, iranlı aktyorlardan isə Məcid Müzzəffəri, Pejman Bazegi, Bahareh Afşar və başqaları rol alır.

Filmin qalasında türk və iranlı izləyicilər izdiham yaradıb.

Xatırladaq ki, müğənni məşhur aktyor Ali Burak Ceylan ilə çəkildiyi “Bana bir aşk şarkısı söyle” adlı filminin Azərbaycanda da nümayiş olunacağını bildirib:

“Layihənin Bakıda da təqdimatı planlaşdırılır, lakin dəqiq tarix hələ bəlli deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm