Nəsrin Cavadzadə Azərbaycanda filmə çəkilir - FOTO
Bizi izləyin

Magazin1

Nəsrin Cavadzadə Azərbaycanda filmə çəkilir - FOTO

Türkiyədə yaşayan həmyerlimiz Nəsrin Cavadzadə Azərbaycanda filmə çəkilir.

Publika.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bir neçə gün əvvəl Azərbaycana gəlib.

Yevlaxa gedən film ulduzu "ARB ARAN" kanalında qonaq olub. Aktrisa "ARB ARAN" telekanalının yazıçı İsmayıl Şıxlının 100 illiyinə həsr etdiyi filmin çəkilişlərində iştirak edib.

Sözügdən ekran işinin ssenari müəllifi Arif Əliyev, rejissoru isə Babək Abbaszadədir.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev Xalq yazıçısı və görkəmli ədəbiyyatşünas İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsinə dair sərəncam imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm