Miri Yusif üç günlük solo konserti barədə danışdı - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Miri Yusif üç günlük solo konserti barədə danışdı - FOTO/VİDEO

Populyar müğənni, əməkdar artist Miri Yusif pərəstişkarları üçün üçgünlük musiqi bayramı hazırlayır.

Publika.az xəbər verir ki, iyunun 7-də, 8-də və 9-da “Yaşıl teatr”ın səhnəsində ifaçının solo konserti baş tutacaq. 3 günlük solo konserti ərəfəsində Miri Yusif yaradıcılıqdan, musiqiyə vurğunluqdan və ruh əkizlərinə bağlılıqdan danışıb. O, konsert proqramının məzmunu barədə yenilikləri açıqlayıb. Məlum olub ki, Miri Yusif konsertə gələnləri yeni mahnılarla da sevindirməyi planlaşdırır.

O, bütün tamaşaçılar üçün çoxdan hitə çevrilmiş nəğmələri ilə yanaşı, həm də yeni mahnılar ifa edəcək.

Qeyd edək ki, Miri Yusifin yeni konsert proqramı onun pərəstişkarları üçün əsl hədiyyə olacaq. Miri Yusif bu konsertin pleylistini öz fanatları ilə birgə formalaşdırır. Onlar ifaçının Instagram hesabında və sosial şəbəkələrdəki rəsmi səhifələrində öz arzularını birdirirlər. Beləliklə, heç kəs inciməyəcək – hər kəs Miri Yusifin ifasında öz sevimli mahnısını dinləmək şansı qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm