• USD 1,7000 0,00% EUR 1,8961 -0,04%
    • GBP 2,2069 +0,60% RUB 0,0267 +0,37%

İradə İbrahimova toy şəkillərini paylaşıb ərindən danışdı - FOTO

  • Magazin1
  • 19 Aprel 2019 15:54
  • 1 505 Baxış
İradə İbrahimova toy şəkillərini paylaşıb ərindən danışdı - FOTO

"19.04.2009 anamı-atamı çox duyğulandıran və qürurlandıran tarix... Atam qəhərlənib ağladığında anamın "Ayıbdı, nə ağlayırsan" deyər kimi atamı yavaşca dirsəyi ilə dürtməyini heç unutmuram. Mənə tökdüyü göz yaşlarıyla ən böyük xoşbəxtliyin hüzur və gözəl ailə olduğunu qəlbimə pıçıldamışdı sanki. Allah bütün ölənlərə rəhmət eləsin".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova instaqramda yazıb. O, həyat yoldaşı ilə evlilik ildönümünü xatırladıb və şəkillərini paylaşıb:

"Atalar nə gözəl deyib, məcburi gözəllik olmaz. Sevgi, bağlılıq, hüzur, sevinc, istək, darıxmaq, ehtiras, dostluq, bölüşmək və hörmətin 4 mövsüm hava şərtlərinə dayanmaq gücü yoxdursa, iki könül bir olmaz. Yaxşı gündə, pis gündə, mənfəətsiz, səmimi, içdən, plansız, təmənnasız yaşadığımız hər günümüzə halal olsun, bəyim.

Bizimki mən ölənə qədər olanlardan olsun. İnşallah desinlər ki, ölənə qədər birlikdə xoşbəxt yaşadılar. 10 il bundan əvvəl toyumuza, gəlinə, bəyə, bütün şahidlərimizə, indi çox uzaqlarda olan atama, qayınatama salam olsun, gözləri arxada qalmasın, qoyub getdikləri kimiyik".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR