“O insanları həyatımıza buraxanda kor olmuşuq”
Bizi izləyin

Magazin1

“O insanları həyatımıza buraxanda kor olmuşuq”

“Həyatımıza layiq olmayan elə insanları buraxırıq ki, sanki kor olmuşuq. Elə bil ki, həmin məqamda şeytan gəlib gözümüzü bağlamışdı. Sonradan göz açılır və anlayırsan ki, bu, sənin imtahanın idi. Bu tip insanlarda süni göstəriş kimi xasiyyət olur”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev AZTV-də Xədicə Sənanqızının “Gün başlayır” sevilişində qonaq olarkən deyib. Sənətçi süni insanlardan və sevgilərdən yorulduğunu qeyd edib:

“Onlar göstərir ki, səninlə münasibətdə guya canfəşanlıq edir, guya doğurdan da dostdur və səni sevir. Bax bu göstərişlərdən biz bəzən yoruluq. Hörmətini və ya marağımı qazana bilmir deyə, cildən-cildə girir, maskalanır, göstərişlə məşğul olur. Özünü dərk edən bir insan üçün göstərişə ehtiyac yoxdur. Onlar sevgidən də, dostlardan da, ətrafda birlikdə işlədiyin insanlardan da istifadə edir. Onlara abonent deyirəm. Allah belələrindən qorusun bizi. Ayıq olaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm