Qardaşı qızından Nazpəri Dostəliyevaya daha bir ZƏRBƏ: "Qisasımı aldım" - VİDEO
Bizi izləyin

Magazin1

Qardaşı qızından Nazpəri Dostəliyevaya daha bir ZƏRBƏ: "Qisasımı aldım" - VİDEO

"Deyirlər, müğənnilik etmək istəyirsən deyə özünü reklam etdin. Mənim üçün müğənnilik kitabı çoxdan bağlanıb. Məqsədim qisasımı almaq idi. Sizi biabır edim, insan içinə çıxa bilməyin".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızı Pərvanə Dostəliyeva instaqramda yayıb. O, yeni video paylaşaraq etiraf edib ki, müğənninin ailəsi haqqında faktları üzə çıxartmaqda əsas məqsədi məşhurlaşmaq yox, onları biabır etmək olub və o, öz istəyinə çatıb.

"Özümü də, sizi də biabır etdim. Əcəb elədim. Çıxıb Elza Seyidcahana deyirdiz ey, "biz bacılara qarşı çaşma". Çaşdım, nə edəcəksən? Nə var dedim. Nə mənim, nə də anam haqqında artıq-əskik nələrsə yaymayın. Bir kəlmə danışsanız, nə var açıb tökəcəm. Bildiklərimi danışsam, yer yerindən oynayar. Yatmış fili oyatma. Sakitləşib oturmuşam yerimdə. Videoları da sildim, çünki həyatıma davam edirəm. Dediyimi dedim və bitdi. Qisasımı aldım".

Qeyd edək ki, Pərvanə atası tərəfindən 6 yaşında təcavüzə uğradığını bildirib. O, bibisi Nazpərinin ona efirlərdə qadağa qoyduğunu iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm