Sevda Yahyayeva məşhur əcnəbi idmançıya ərə gedir - VİDEO
Bizi izləyin

Magazin1

Sevda Yahyayeva məşhur əcnəbi idmançıya ərə gedir - VİDEO

"Serbiyanın çox məşhur bir vətəndaşı Sevda Yəhyayevaya evlilik təklifi edib".

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli ARB TV-nin “Faydalı” saat verilişində qonaq olarkən deyib.

Bu yaxınlarda Sevda Yahyeva ilə birlikdə müğənninin klip çəkilişləri üçün Sloveniyada səfərdə olan teleaparıcı oradan ağız dolusu danışıb:

“Mən heç yeri sevmirəm. Avropada yaşamaram. Ancaq Azərbaycan. İndi də o fikirdəyəm. Amma Sloveniyada yaşayaram, qayıdanda ora üçün darıxdım. Düzdü slavyan dilidi, amma rus dilinə bənzəyir deyə, hardasa tutmaq olur. Əgər biraz özünü zorlasan, o dili öyrənə bilərsən”.

Afaq Gəncəli oradan evlilik təklifi gözləsə də, bu təklifin ona yox, başqasına gəldiyindən danışıb:

“Mənə gəlmədi evlilik təklifi. Amma sizə bir sirr açım. Bu təklif müğənni Sevda Yəhyayevaya gəldi. Serbiyanın çox məşhur bir insanından, vətəndaşından gəldi. Toyun nə vaxt olduğunu isə deyə bilmərəm. O məni öldürəcək, amma mən bunu dedim”.

Məlumat üçün bildirək ki, Sevda Yahyayevanın “Son xəbər” adlı mahnısında tərəf müqavili Serbiyanın tanınmış basketbolçusu Nemanja Bukvic olub. İddia olunur ki, ulduza vurulan da sebr idmançısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm